Qazaxıstan hakimiyyəti ölkənin dövlət idarəetmə əsaslarını köklü şəkildə yenidən qurmağı planlaşdırır.
Hafta.az xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Qazaxıstanda dövlət idarəetmə sisteminin genişmiqyaslı modernləşdirilməsinə başlanılacaq”, – deyə o bildirib.
Tokayev hakimiyyət bölgüsünün yeni formulunu da təqdim edib: “güclü Prezident – nüfuzlu Qurultay – hesabatlı hökumət”.
Qazaxıstan prezident idarəetmə üsulunu qoruyub saxlayacaq. Bu modeldə dövlət başçısı Konstitusiyanın təminatçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və xarici siyasətin əsas siması olaraq qalacaq.
İslahatlar parlament sisteminin yenidən təşkilini, həmçinin artıq bürokratiyadan uzaq fəaliyyət göstərəcək yeni birpalatalı parlament – Qurultayın yaradılmasını da nəzərdə tutur.